Ariva

Bakı şəhərinin mərkəzində yerləşən və özünün müasir dizayn üslubu ilə göz oxşayan “ARİVA” oteli qapılarını müştərilərinin üzünə açmaqdan qürur duyur. Şəhər mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşən “ARİVA” oteli yüksək səviyyəli personal heyəti ilə xidmətinizdədir. Otelimiz 24 ədəd standart otaq, 11 ədəd iki yataqlı standart otaq, 4 ədəd 3 yataqlı standart otaq, 4 ədəd yarım luks otaq və 4 ədəd luks otaq olmaqla 47 otaqdan ibarətdir. Otaqlarımız aşağıdakı xidmətlərlə təchiz olunmuşdur:

  • Peyk-kabel televiziyası
  • Fərdi kondisioner sistemi
  • Saçqurudan fen
  • Minibar
  • Elektron seyf
  • Pulsuz yüksək sürətli internet xidməti (WI-FI)
  • Yanğın siqnalizasiya sistemi
  • 24 saat otaq xidməti
  • Beynəlxalq çıxışlı telefon xidməti
  • Kimyəvi təmizləmə
  • Camaşırxana xidməti
  • Fərdi ütü servisi
  • Pulsuz çay-kofe xidməti
  • Hava alanından qarşılama və yola salma xidməti
  • 24 saat təhlükəsizlik xidməti