Mont Inn

Mont Inn Hotel  Bakının ən  rahat  nöqtəsində  yerləşir,  oradan  şəhərin istənilən  yerinə - qədim görməli yerlərə, ticarət, əyləncə  və biznes  mərkəzlərə  asanlıqla  çatmaq  mümkündür.

 

 

Mont Inn Hotel Heydər Əliyev  adına  hava  limanından   cəmi  17  km  məsafədə, metronun  Nəriman Nərimanov adına stansiyasının  bir  neçə addımlığında    yerləşir. Heydər Əliyev prospektində  inşa  edilən  Heydər  Əliyev  mərkəzi  onun  yaxınlığında  yerləşir. Siz  hətta yola  10  dəqiqə  sərf  etmədən  muzey, teatr və kinoteatrların yerləşdiyi şəhər  mərkəzinə  asanlıqla  çata  bilərsiniz.  Bu  otel  alış-veriş  həvəskarları  üçün  uğurlu  seçimdir,  belə ki,   paytaxtın  məşhur  ticarət  mərkəzlərindən  biri olan   METROPARK   ondan  cəmi  20 m  aralıda  yerləşir.  Buradan  şəhərin qədim  hissəsi  olan və  köhnə  Bakının  ən  qiymətli  mirasının –Qız  qalasının, Şirvanşahlar  sarayının yerləşdiyi  “İçəri şəhərə” (“Köhnə şəhər” - 10 dəqiqəlik  yol)  çox  asanlıqla  çatmaq  mümkündür.