New Baku

Bakının coğrafi mərkəzində yerləşən  New Baku Hoteli  Rusiya Federasiyası, Türkiyə Cumhuriyyəti və Amerika Birləşmiş Ştatları səfirliklərinin yaxınlığında yerləşir. Otel həmçinin Heydər Əliyev adına hava limanından 25 dəqiqəlik bir məsafədədir.

New Baku Hotelində yaradılmış yüksək səviyyəli xidmət işgüzar səfərdə, istirahətdə olan qonaqlarımızı evlərindəki kimi hiss etdirir.

7 mərtəbəli otelimizdə Sizin qalmağınız üçün hər bir şəraiti olan 48 ədəd rahat otaqlar vardır. 

New Baku Hotelinin bütün nömrələri hava tənzimləyicisi, saçqurudan, peyk/kabel antenalı televizor, duş kabini, sürətli internet, minibar, rəqəmsal seyflə təchiz olunmuşdur.

Qonaqlarımız üçün  24 saat otaq servisi menyusu təklif olunur.