Mont Inn Hotel Bakının ən rahat nöqtəsində yerləşir, oradan şəhərin istənilən yerinə - qədim görməli yerlərə, ticarət, əyləncə və biznes mərkəzlərə asanlıqla çatmaq mümkündür.
Mont Inn Hotel Heydər Əliyev adına hava limanından cəmi 17 km məsafədə, metronun Nəriman Nərimanov adına stansiyasının bir neçə addımlığında yerləşir. Heydər Əliyev prospektində inşa edilən Heydər Əliyev mərkəzi onun yaxınlığında yerləşir. Siz hətta yola 10 dəqiqə sərf etmədən muzey, teatr və kinoteatrların yerləşdiyi şəhər mərkəzinə asanlıqla çata bilərsiniz. Bu otel alış-veriş həvəskarları üçün uğurlu seçimdir, belə ki, paytaxtın məşhur ticarət mərkəzlərindən biri olan METROPARK ondan cəmi 20 m aralıda yerləşir. Buradan şəhərin qədim hissəsi olan və köhnə Bakının ən qiymətli mirasının –Qız qalasının, Şirvanşahlar sarayının yerləşdiyi “İçəri şəhərə” (“Köhnə şəhər” - 10 dəqiqəlik yol) çox asanlıqla çatmaq mümkündür.