Dini tur
Bakıda yerləşən rus pravoslav kilsəsi– şənbə günündən sonra cənazəni adəti üzrə rahatlamaq üçün dirilmiş İsa peyğəmbərin qəbrinə ətirli güllərlə və ətirlərlə gəlmiş mironos qadınların şərəfinə müqəddəsləşdirilmiş kilsədir. Kilsə 1909-cu ildə memar F. M. Vercbitskinin layihəsi əsasında Hərbi Nazirlik tərəfindən ayrılmış vəsaitlə tikilmişdir. Hazırda Moskva Patriarxatının Bakı və Azərbaycan yeparxiyasının tərkibinə daxildir. Kafedral kilsə ikinci həyatı Azərbaycan mesenatı və sahibkarı Aydın Qurbanovun diqqəti və dəstəyi sayəsində əldə etdi. Bu şəxsin vəsaitinə 2002- 2003-cü illərdə kilsədə kompleks təmir-tikinti işləri aparıldı: daşdan naxışlı ikonostas quruldu, divarlarına naxışlar vuruldu, lazımi kilsə ləvazimatı alındı.Təmir-tikinti işləri qurtardıqdan sonra 24 mart 2003-cü ildə təzələnmiş məbədin açılışı oldu. Təntənəli mərasimdə Azərbaycanın Prezidenti Heydər Əliyev, Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyx-ül-islam Hacı Allahşükür Paşa-zadə, habelə diplomatlar və Azərbaycan Respublikasında akkreditasiya almış diplomatik missiyaların əməkdaşları, ictimai və mədəniyyət xadimləri iştirak etdi.
Bakı lüteranları üçün 1899-cu ildə qotik üslubda tikilmiş bu gözəl kirxaya indi də Almaniyadan gələn dindarlar təşrif gətirirlər. Burada nəinki liturgiyalara qulaq asılır, habelə kirxanın nəzdində olan kamera zalda – kapelhauzda dünyaşöhrətli ifaçıların konsertləri də təşkil olunur. Bundan başqa, burada orqan musiqisinin sədaları altında kinematoqrafçılara nüfuzlu mükafatlar da təqdim edilir.
Bakı buxtasında yerləşmiş məscid XIII əsrə aid edilir və hal-hazırda Azərbaycanın tarixini və mədəniyyətini zənginləşdirən islam memarlığının əhəmiyyətli abidələrindən biri, arxitektura sərvətidir. Burada ehtiram edilən adamların qəbirləri və türbələri yerləşir. Yerli əhali keçmişdə onu «Fatimə məscidi» adlandırırdı. XIX əsrin 40-cı illərində məscidə təşrif gətirmiş Aleksandr Dyuma da onu elə bu cür təsvir edir. Hal-hazırda Məhəmməd peyğəmbərin nəslindən olan dörd nümayəndə burada uyuyur. Müqəddəs qəbirlərin sayına görə bu məscid islam dünyasında üçüncü yeri tutur.
Səməd Vurğun küçəsində Sirk binasının yanında yerləşən «Göy məscid» (göy və ya tatar məscidi) adı altında məşhur olan bu məscidi Hacı İbrahim Əjdər bəy Aşurbəyov tikdirmişdir. Onun tikintisinə 1912-ci ildə başlanmış və 1913-cü ildə başa çatmışdır. İndi az adam xatırlayır ki, tikintisinə başlayarkən məscidin adı «İttifaq» idi. Bu məscidin tikilməsinin əsas məqsədi islamın iki qolunun – şiyə və sünnilərin ittifaqını yaratmaq idi, hələ Nadir şah bunu həyata keçirməyə çalışırdı. Əjdər bəyin niyyəti belə idi ki, təzə məsciddə şiyələr və sünnilər birlikdə allaha dua edə bilsinlər. Bakıda sünnilər əsasən ləzgilər və tatarlar idi, buradan da onun ikinci adı «tatar məscidi» yarandı. Bu məscidin layihəsi məşhur Azərbaycan memarı Zivərbəy Əhəmədbəyov tərəfindən işlənib hazırlandı və 1911-ci ildə təsdiq olundu. Təzə Pir ilə yanaşı, məhz bu məscid və Əmircandakı məscid sovet dövründə də fəaliyyət göstərirdi. Bu məscid özünün təndürüstlüyü, hissələrinin tənasüblüyü, proporsiyalarının incəliyi, bütün görünüşünün ahəngdarlığı ilə Bakıda yerləşən digər məscidlərdən fərqlənir. Ona uzun müddət baxıb həzz almaq olar. Bu məscid təpənin üstündə yerləşir, bir vaxtlar buradan birmərətəbəli binalar salınmış dərəyə mənzərə açılırdı, indi yeni binalarla əhatə olunmuş məscid landşafta tam uyğun gəlir.
2011-ci ildə yeni sinaqoqanın açılışı Bakı şəhərində yaşayan və iudaizmə etiqad edənlər üçün böyük bir hadisə oldu, çünki sinaqoqa yəhudi icmasının həyat fəaliyyətində ən vacib elementlərdən biridir, dindar yəhudilərin əsas həyat tərzi məhz onunla bağlıdır. Açılış mərasimində İsrailin səfiri Mixael Lavon Lotem, Amerika səfiri Metyu Brayza, digər diplomatik nümayəndəliklərin rəhbərləri, habelə Azərbaycanın yəhudi təşkilatlarının liderləri iştirak edirdilər.
Bu, nəinki Bakının ən böyük məscidlərindən biri, habelə Bakının görkəmini müəyyən edən əhəmiyyətli memarlıq abidəsidir. Məscid 1905-ci ildə məşhur Aşurbəyovlar ailəsinin nümayəndələrindən biri olan mömin Nabat xanım Aşurbəyovanın vəsaiti ilə Zivərbəy Əhmədbəyov tərəfindən tikilmişdir. Hazırda məscidin axundu Şeyx-ül-islam Hacı Allahşükür Paşa-zadədir. Məscidin ərazisində Qafqaz Müsəlmanları İdarəsinin binası yerləşir. Rekonstruksiyadan və yenidən bərpa olunduqdan sonra onun sahəsi 1400 kv. m. olmuş və Azərbaycan incəsənti məktəbinin naxışları ilə və şərq naxışlarının nadir nümənələri ilə bəzədilmişdir. Mehrab və gümbəz mərmərdən, qadın ibadətgahı fısdıq ağacından, məscidin dekorativ elementləri, minarətlərin qülləsi və yazılar qızıldan, məscidin qapı və pəncərələri qırmızı ağacdan hazırlanmışdır.
Bakının Arxangel kilsəsi – şəhərin qorunub saxlanmış ən qədim kilsələrindən biridir. Deyildiyinə görə, kilsə 1841-ci il ilə 1849-cu il arasında gəmi qəzasında xilas olmuş dənizçilər tərəfindən tikilmişdir. Bina o vaxtlar deyildiyi kimi, donanma həyəti deyilən ikimərtəbəli karvansaraya birləşdirilmişdi. Kilsə binası Xəzər donanmasına məxsus idi, odur ki, kilsə də «Donanma kilsəsi» adlanırdı.