TURUN PROQRAMI
06:30 - 07:00TƏYİN OLUNMUŞ YERDƏ TOPLAŞMA
Tofiq Bəhrəmov adına Respublika stadionunun qarşısı
(Gənclik metrostansiyası)
07:00 - 11:00 BAKI - QƏBƏLƏ YOLU.
Qelyenalı
Şamaxıda 10-15 deqiqəlik fasilə
11:00 - 15:00 “TUFANDAĞ” YAY – QIŞ İSTİRAHƏT MƏRKƏZİ İLƏ TANIŞLIQ
***********************************************
Dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq beş stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır.
Hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə “Qafqaz Resort” otel kompleksində qış istirahət məkanının yaradılması, yəni, otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir. Trassa sistemi hər bir qonağın onun üçün məqbul olan enmə zolağı, maillik və çətinlik dərəcəsini seçməsi üçün nəzərdə tutulmuşdur. Yamaclar “Everest” markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyi ilə möhkəmləndirilir. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərin təcrübə toplamasına xidmət edəcəkdir. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə, həmçinin xizək sürənlərin digər trassalardan aralı hərəkət etmə imkanları nəzərə alınmaqla qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulmuşdur. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma generasiya sistemi ilə təchiz edilməsi qərara alınmışdır. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılmışdır. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaqdır.
************************************************
15:00 - 16:00 NAHAR YEMƏYİ: Nahar fasilesi
16:00 - 18:00 SƏRBƏST VAXT “QƏBƏLƏND” GƏNCLİK ƏYLƏNCƏ MƏRKƏZİNDƏ
Yolüstü Nohugölundə 15 dəqiqəlik fasilə və ekskursiya
18:30 - 22:00 QƏBƏLƏ - BAKI YOLU
TURUN QİYMƏTİ : 21 AZN
QİYMƏTƏ DAXİLDİR:
*Nəqliyyat xidməti (Komfortlu avtobus )
*Bələdçi xidməti və ya Tur rəhbəri
*Qidalanma:səhər yeməyi
*Ekskursiyalar:
“TUFANDAĞ” YAY – QIŞ İSTİRAHƏT MƏRKƏZİ
*“QƏBƏLAND (Qafqaz)” Əyləncə Mərkəzi
* Nohur gölündə ekskursiya
* Tur boyunca FOTOSESSİYA
REGEA Travel
Valeh Ceferov
Daxili Turizm Departamenti
Tel.: (+99412) 555 12 46
Mob.: (+994 55) 489 98 95
Mob.: (+994 70) 289 98 95
e-mail: [email protected]
Web: www.regeatravel.az