Masalli Yardimli
SAAT TURUN PROQRAMI
06:45 - 07:00 TƏYİN OLUNMUŞ YERDƏ TOPLAŞMA .
Tofiq Bəhrəmov adına Respublika stadionunun qarşısı
07:00 - 12:00 BAKI - MASALLI YOLU.
Avtobusda soyuq qəlyanaltı – su və şirniyyat
Səlyanda tənəffüs ( 15 dəqiqə )
12:00 - 13:00
SƏRBƏST VAXT
13:00 - 14:00 NAHAR YEMƏYİ:
14:00 - 15:30 İSTİSU ƏRAZİSİNƏ EKSKURSİYA - Bələdçi və ya Tur rəhbəri ilə.
İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədimdə yerli sakinlər bu suya minbir dərdin dərmanı olan möcüzə kimi baxıblar.
İstisuyin həqiqətən də müalicəvi olmasını ötən əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir.
O vaxtlar alimin kəşfi böyük maraq doğurub və dövlət tərəfindən Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya, İstisu şəfa ocağına gələrək əlavə tədqiqat aparıb və həmvətənimizin kəşfini təsdiqləyiblər.
15:30 - 15:45
İSTİSU - YARDIMLI YOLU
15:45 - 16:45 YANARDAĞ ƏRAZİSİNƏ EKSKURSİYA - Bələdçi və ya Tur rəhbəri ilə.
Bu gəzintidə Siz bu möcüzəli dağın yanmasini, həmçinin +75 dərəcədə olan suyun yanmasının şahidi olacağsınız. Ekstrimi sevənlər üçün 250 pilləli Yanardağı fəth etmək unudulmaz olacaq...
16:45 - 18:00 YARDIMLI ( TƏKDAM) ŞƏLALƏSİNƏ EKSKURSİYA - Bələdçi və ya Tur rəhbəri ilə.
Masallı – Yardımlı yolunun 25 – ci km-də yerləşir. Yardımlının vizit kartı sayılan, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. Təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa möhtəşəm panoram açılır. Sovet hakimiyyəti zamanında bu dağlıq – meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar. Təkdam şəlaləsinin yerləşdiyi zona bölgəyə istirahətə gələnlərin daha çox üz tutduğu məkandır.
18:00 AVTOBUSUN QARŞISİNDA TOPLAŞMA
18:00 - 23:00 YARDIMLI - BAKI YOLU
TURUN QİYMƏTİ : 28 AZN
SON ÖDƏNİŞ TARİXİ :02 AVQUST 2013-CÜ İL, SAAT 15:00
QİYMƏTƏ DAXİLDİR:
1.Nəqliyyat xidməti (Komfortlu avtobus – Split kondisioner):
Turist sayına uyğun olaraq nəqliyyat növləri - Mercedes Sprinter (18-20 nəfərlik), İsuzu (25 – 30 nəfərlik), Mercedes 403 (45 – 50 nəfərlik), Setra (50 – 75 nəfərlik)
2.Bələdçi xidməti və ya Tur rəhbəri
3.Qidalanma:
Avtobusda su və şirniyyat, Nahar Yeməyi (Toyuq ləvəngisi(yerli) ,Mərci supu,xiyar, pamidor, göyərti, pendir,turşu , sok, samovar çayı )
4.Ekskursiyalar:
“İSTİSU”
“YANARDAĞ”
“YARDIMLI(TƏKDAM)” şəlaləsi
Turun Qiyməti: 28AZN
Yalnız səhər yeməyi ilə: 18AZN
Bizimle Elaqe:
Unvan: Nizami küç 129, ( AF business house)
Tel: 012 555 12 46
Mob: 055 489 98 95 (whatsapp)
070 289 98 95
e-mail: [email protected]