Şəki - Qəbələ Turu

6 APREL QEBELE SHEKI TURU CEMI: 30 AZN

TURUN PROQRAMI
06:30-07:00 TƏYİN OLUNMUŞ YERDƏ TOPLAŞMA.
28 MAY METROSUNUN QARŞISINDA(Cefer Cabbarli Heykelinin qarsisi)
07:00 - 12:30 BAKI - SHEKI YOLU.
Avtobusda soyuq qəlyanaltı – Un memulati ve tebii sire ( seher ve axsam)
Yolüstü Pirsaat Pirinə ziyarət və tənəffüs ( 15 dəqiqə )
12:30 - 14:00 NAHAR YEMƏYİ:
Sheki pitisi, xiyar, pamidor, göyərti, pendir , sok, samovar çayı sheik halvasi ile

14:00 - 16:00 ŞƏKİ EKSKURSİYASI- Bələdçi və ya Tur rəhbəri ilə.
Şəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşdirilməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminəmanlıq diləyən mətnlər yazılmışdır.
Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir. Diyarşünaslıq muzeyi, Xalq tətbiqi sənət muzeyini ziyarət..(MUZEYLERE GIRIS PULLUDUR)
16:00 - 17:30 ŞƏKİ - QEBELE YOLU
17:30 – 19:00 “QƏBƏLƏND” GƏNCLİK ƏYLƏNCƏ MƏRKƏZİNƏ
EKSKURSİYA – Bələdçi və ya Tur rəhbəri ilə.
Qəbələnd əyləncə mərkəzinin ümumi ərazisi 16 hektardan ibarətdir.Burada 60 – dan çox karusel
və attraksiyonlar müştərilərin əyləncəsi üçün fəaliyyət göstərməkdədir.Kartinq,Tvister,XD-kinoteatr,Laser-Max bunlardan bəziləridir.
19:00 – 23:00 QEBELE – BAKI YOLU

TURUN QİYMƏTİ : 30 AZN

QİYMƏTƏ DAXİLDİR:
1.Nəqliyyat xidməti (Komfortlu avtobus – Split kondisioner):
Turist sayına uyğun olaraq nəqliyyat növləri - Mercedes Sprinter (18-20 nəfərlik), İsuzu (25 – 30 nəfərlik), Mercedes 403 (45 – 50 nəfərlik), Setra (50 – 75 nəfərlik)
2.Bələdçi xidməti və ya Tur rəhbəri
3.Qidalanma:
Avtobusda soyuq qəlyanaltı – Un memulati ve tebii sire (seher ve axsam)
NAHAR YEMƏYİ: Sheki pitisi, xiyar, pamidor, göyərti, pendir , sok, samovar çayı sheik halvasi ile
4.Ekskursiyalar:
“ ŞƏKİ “ EKSKURSİYASI ( Şəki Xan sarayi, Aşağı və Yuxarı Karvansa, Diyarşünaslıq muzeyi, Xalq tətbiqi sənət muzeyi)
“QƏBƏLAND (Qafqaz)” Əyləncə Mərkəzi
5.Qrup Fotocekilis
5. Muxtelif Oyunlar